Atanın böyük oğula vacib olan qəza namazı

Məsələ 1399: Əgər ata öz namazını qılmamış olsa, bunu Allahın əmrinə itaətsizlik deyil, qəza edə biləcək halda imişsə, onun ölümündən sonra böyük oğul vacib ehtiyata əsasən bunları yerinə yetirməli və ya onun üçün əcir tutmalıdır. Ananın namazlarının qəzasını yerinə yetirmək və ya əcir tutmaq daha yaxşı olduğuna baxmayaraq ona vacib deyildir.
Məsələ 1400: Əgər böyük oğul, atasının namazının qəzaya qalıb-qalmadığından şəkk edərsə, onun boynuna vacib deyildir.
Məsələ 1401: Əgər böyük oğul atasının qəza namazları olduğunu bilib. Onları yerinə yetirib-yetirmədiyindən şəkk edərsə, vacib ehtiyata əsasən onları qəza etməlidir.
Davamı →

İslam və seks

İslam dini seksdə aşağıdakılara qadağa qoyur:
Nigahdankənar seksual münasibətlər (zina), menstruasiya (aybaşı) zamanı, anal seks, insest (yaxın qohumlar ilə cinsi əlaqə), homoseksual əlaqələr (kişi və kişi arasında olan cinsi əlaqə və ya lezbiyanlıq, 2 qadın arasında olan cinsi əlaqə), nekrofiliya, zoofiliya, pedofiliya və sado-mazoxizm.
Qadağası və icazəsi sual altında olanlar: masturbasiya (onanizm) və eləcə də qadın hamiləliyi dövründə cinsi münasibətlər.
Davamı →

Fərqinə varmadığımız günahlar

Bəzən bir adam öz məqsədinə nail olmaq üçün başqa bir adamdan “məharətlə” istifadə edir.

Məsələn, onun yanında bir söz buraxır və ya onun yanında bir xəbər yayır. Əgər bu ikinci adam eşitdiyi sözü elə orada unutsa (yəni o sözə əhəmiyyət verməsə), deməli, birinci adamın oyununa alət olmayacaq, yox əgər eşitdiyi sözü hər yerdə yaysa, başqasının əlində alətə çevriləcək.

Hər eşitdiyini danışmaq cahillikdir. Sınamadan, yoxlamadan, kiminsə ağzından eşitdiyi sözü yaymaq insana əskiklikdən başqa bir şey gətirmir. Hər eşitdiyini danışmaq insanı həlak etmək üçün kifayətdir. Yəni başqasının ağzından eşitdiyin sözü doğru, yaxud yalan olduğunu yoxlamadan danışmaq doğru deyil. O, yalan danışırsa, sən niyə onun yalanını yayırsan? Ona görə də insan gərək ağzından hansı sözü çıxardığını bilsin və ağzından çıxardığı sözün məsuliyyətini daşısın.


Ardı →

Könül xoşluğu ilə borc vermənin fəziləti

“Ey iman edənlər! Müəyyən bir müddət üçün bir-birinizə borc verib-alarkən bunu yazın...” (əl-Bəqərə, 2/282)

İnsanların bir-birinə kömək etmə yollarından biri də borc alıb-verməkdir. Dünya halı belədir ki, bəzi səbəblərlə insanlar böyük maddi çətinlik içərisinə düşə bilərlər. Bu kimi çətin vəziyyətlərdə bir-birimizə borc vermək böyük əhəmiyyət daşıyır. Borc alınan pul və ya digər maddələr eyni növdən olan maddələrlə ödənər. Borcun qarşılığında əlavə bir şey verilməz. Əgər borc qarşılığında əlavə bir şey istənərsə, bu faiz olar. Faiz isə dinimizdə haram buyurulmuşdur.

Dinimizdə borc vermək savabdır. İslam borc verməyi təşviq edir. Uca Rəbbimiz belə buyurur:

“Əgər Allaha (Allah yolunda) gözəl bir borc versəniz, (Allah) sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbiləndir, həlimdir! (Dərhal cəzalandırmaz, möhlət verər)” (ət-Təğabun, 64/17)

Qarşılıqsız kömək gözəl bir davranış olduğu kimi, ehtiyacı olanlara borc vermək də fəzilətli bir davranışdır. Hətta borc vermək sədəqə verməkdən daha gözəl sayılmışdır. Həzrət Peyğəmbər (s.ə.s.) bir hədisində belə buyurur:

“Merac gecəsi Cənnətin qapısı üzərində, “sədəqə on misli savabla qarşılanar. Borc isə on səkkiz misli savab ilə qarşılanar”, — deyə yazıldığını gördüm. Cəbraildən: “Borc verməyin sədəqədən üstün olmasının səbəbi nədir”,- deyə soruşdum. Cəbrail: “Çünki dilənçi varı olduğu halda dilənər. Halbuki borc istəyən kimsə ancaq möhtac olduğu üçün borc istəyər”,- deyə cavab verdi.”


Ardı →

İslamda valideyn övlad münasibətləri

Qurani-Kərimdə buyurulur ki, övladlarınız və sərvətiniz sizin üçün fitnədir. Burada işlədilmiş “fitnə” sözü çox çətin, qazanılması ağır olan imtahan anlamındadır. Göründüyü kimi, Allah-Təala bizi əmanət olaraq verdiyi dünya neməti ilə, övladlarla imtahana çəkir. Yəni qazanmaq qədər əlimizdə, ovcumuzda olanları yönləndirmək, haraya, niyə və necə sərf etmək də çox önəmli məsələdir. Bəzən deyirlər ki, övlad böyütmək bir növ borc vermək kimidir, yəni sən onu böyüdürsən, qocalanda da o sənə baxacaq. Amma Quran məntiqində bu cür yanaşma doğru deyil. Əgər fikir vermisinizsə, valideynə və ya övlada zəkat vermək düzgün sayılmır. Övladın valideynə baxması Allah-Təalanın əmridir. Valideyn sevgisi, insanlıq borcu bir tərəfə dursun, bizim üçün hər şeyin fövqündə Allah-Təalanın əmri var. Ola bilsin ki, bir valideyn heç övladına əməlli-başlı baxmayıb, özü yeyib, onu yedirməyib, yaxşı geyindirməyib, hər gün qəlbini qırıb, yad, ögey münasibət bəsləyib. O uşaq da bütün bunları xatırlaya-xatırlaya və bu yadlığın, ögeyliyin altında əzilə-əzilə böyüyüb. Əgər o övlad dinindən, Allah-Təalanın buyurduqlarından xəbərdardırsa, Allahı düşünərək öz valideyninə hörmət edəcək.


Ardı →

İslam dini haqqında

Kəlimə olaraq "İslam", təslim olmaq, itaət etmək, boyun əymək deməkdir. Termin olaraq "İslam": Peyğəmbərin xəbər verdiyi şeyləri qəbul və onlara bütün varlığıyla təslim olmaq deməkdir. Dolayısı ilə İslam qəlbən təslim olmaqla bərabər, zahirən Allahın və Peyğəmbərlərinin əmirlərinə tabe olmaqdır. Bu mənada hər mömin, müsəlman, hər müsəlman da mömindir.
Allah Təala buyurmuşdur: «Allah yanında (Məqbul olan) din əlbəttə, İslamdır.» (Ali-İmran,19) «Bir din kimi sizin üçün İslamı bəyənib seçdim.» (Əl-Maidə,3)
«Tövbə edib Rəbbininzə dönün. Əzab sizə gəlməmişdən əvvəl ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz». (Əz-Zümər,54)
Davamı →

Eksklüziv olaraq qadınlar üçün....

Pеyğәmbәr (s) buyurub: Аllаh әrinin sаçını yоlаn yа pаltаrını cırаn qаdının әllәrini cәhәnnәm оdundаn оlаn mıхlаr ilә әzәr. Pеyğәmbәr (s) buyurub: «Mәni pеyğәmbәr sеçәn Аllаhа аnd оlsun, qаdının icаzәsiz әrinin еvindәn sәdәqә vеrmәsi yахşı dеyil. Әgәr әrindәn icаzәsiz sәdәqә vеrsә, оnun sаvаbı әrinә yеtişәr, qаdınа bәdbәхtçilik nәsib оlаr. „Pеyğәmbәr (s) buyurmuşdur: “Аllаh әrini incidәn qаdının nаmаzlаrını vә yахşı әmәllәrini әrini rаzı еtmәyincә, qәbul еtmәz. О qаdın ömür bоyu оruc tutsа, nаmаz qılsа, qullаrı аzаd еtsә vә bütün mаlını еhsаn еtsә dә. Hәmin qаdın cәhәnnәmә dахil оlаn ilk şәхs оlаcаq.» Sоnrа Pеyğәmbәr (s) buyurmuşdur: «Kişi dә хаnımını incitsә, hәmin әzаblаrа düçаr оlаcаq.
Davamı →

Xanımın ərə itaəti vacibdir

İmam Baqir (ə) buyurub: «Allahın rəsulu (s) qurban bayramı gününün əsr çağında dəvəsinə minib Mədinədən kanara çıxmışdı. Yol üstündə bir dəstə qadına rast gəldi. Ayaq saxladı, onlara müraciətlə dedi: „Ey qadınlar, sədəqə verin və ərlərinizə itaət edin. Sizin əksəriyyətiniz cəhənnəm əhlidir“. Bunu eşidən qadınlar ağlamağa başladılar. Bu qadınlardan biri dedi: „Cəhənnəmdə kafirlər olacaq. Biz ki, kafir deyilik“. Allahın peyğəmbəri (s.a.a.) buyurdu: „Siz ərlərinizin hüquqlarına kafirsiniz“. (»Əl-əmali", c. 14, səh. 126, h. 3)


Ardı →

Yemək və içmək

1-Yemək pak olmalıdır, nəcis yeməyi yemək haramdır.

2-Ruzi halal yoldan kəsb olunmalıdır. Müsəlman şəxs malını halal yoldan kəsb etdiyi halda, onun xums və zəkatını da verməlidir. Şəriətə uyğun olmayan yoldan qazanc əldə edən şəxslərin yeməyindən qorunmaq lazımdır. İmam Əli (ə) Osman ibn Hüneyfə yazdığı məktubda belə buyurur: «Yeməyinin halallığında şübhə etsən, onu yemə.»


3-İmam Baqir (ə) buyurmuşdur: «Allah dərgahında yemək-içməkdə və cinsi məsələlərdə haramdan qorunmaqdan yaxşı ibadət yoxdur.»



Ardı →